Almaniya polisi Əfqan qaçqını həbs edib


19 yaşlı Əfqan qaçqının yeni il marketi üzərinə bomba şəkilləri əlavə edərək instagramda paylaşması polis tərəfindən həbs edilməsiilə nəticələnib. OTV xəbər verir ki, sözü gedən market cənubi Almaniya ərazisində yerləşir və təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə polisin belə bir addım atması açıqlanıb. Əfqan qaçqın isə şəkili sosial şəbəkədə paylaşdığını təsdiqləyib və bubun sadəcə zarafat olduğunu bildirib. Polis açıqlamasında qaçqının yaşayış yerinin araşdırıldığını, lakin heç bir sübutun tapılmadığını açıqladı. Nəzərinizə çatdıraq ki, keçən il tunisli bir qaçqın yeni il bayramı zamanı Berlin əhalisinin üzərinə avtomobil sürərək 12 nəfər insanın ölməsinə, 49 nəfərin isə yaralanmasına səbəb olmuşdu.

Mənbə: CNN News
Tərcümə etdi: Sevinc Nəhmədova



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 227 | Kateqoriya: Sosial / Dünya Tarix: 09.12.2017, 15:51

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM