Gecə rahat yatıb, səhər gözəl əhval-ruhiyyə ilə oyanmanıza səbəb olacaq formul


Gecələr rahat yatmaq, səhərlər isə xoş əhval-ruhiyyə ilə oyanmaq məhsuldar bir gün keçirməyimizə səbəb olan faktorlardan biri, bəlkə də ən önəmlisidir. OTV ailəsi olaraq bu mövzunu dərindən araşdırıb, sizinlə öz təcrübələrimizi bölüşmək istədik.
Hər şeydən əvvəl, otağınızı yatmazdan əvvəl yaxşıca havalandırın və təmiz havanın otağa daxil olduğundan əmin olun. Telefon, kompyuter kimi elektron cihazlardan uzaq durun, belə ki, mövcud cihazların yuxunun keyfiyyətini düşürdüyünü bir çox alim təsdiq edir.
Yatmazdan əvvəl sizə motivasiya verən, həyacan hiss etdirən, ən əsası isə yenilik duyğusunu yaşatan məsələlər haqqında düşünün. Bu yeni aldığınız bir əşya, yeni kəşf etdiyiniz musiqi, həftə sonu üçün planladığınız görüş vəsairə kimi bəsit bir detal da ola bilər, sizin həyatınızı tamamilə dəyişəcək, gələcəklə bağlı qurduğunuz böyük planlar kimi ciddi bir məsələ də. Unutmayın şüuraltımız hesab etdiyimizdən də güclüdür və bütün vücudumuzu idarə edib, bizə möhtəşəm bir enerji vermə xüsusiyyətinə malikdir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 298 | Kateqoriya: Sosial / Tibb Tarix: 09.12.2017, 18:55

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM