Hindli yeniyetmənin qadınların həyatını qurtaran kəşfi


Hindistanın Haydarabad şəhərində yaşayan 17 yaşlı Siddharth Mandala hər kəsin heyrətinə səbəb olan bir kəşflə dünya mediasının diqqət mərkəzinə çevrilib. OTV xəbər verir ki, bu yeniyetmə Hindistanda qadın təcavüzü hallarını azaltmaq məqsədilə “Electroshoes” adlandırdığı electro ayaqqabılar istehsal edib. Bu ayaqqabıların xüsusi özəlliyi isə elektrik şokla təcavüzçünü zərərsizləşdirməkdir. Xatırladaq ki, bu ayaqqabılar qadınlar addımladıqca batareya toplayır və həmçinin siqnalizasiya sisteminə malikdir. Siddhart öz müsahibəsində, 12 yaşından bəri təcavüz əleyhinə olan mitinqlərə qatıldığını və Hindistanda bu kimi halların qarşısını almaq üçün yeni ixtiralar üzərində düşündüyünü deyib.

Mənbə: BBC
Tərcümə etdi: Tahirə Mirzəyeva

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 204 | Kateqoriya: Sosial Tarix: 08.12.2017, 14:01

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM