Çin qadınlara itaətkarlığı tədris edən məktəbi bağlayır


Çin hakimiyyət orqanları qadınlara onların kişilərə tabe olmasını tədris edən müəssisəni bağlayır. OTV xəbər verir ki, təhsil bürosunun verdiyi məlumata əsasən, müəssisə “milli ədəb qaydaları”nı tədris edərək sosial dəyərləri pozur. Canlı yayımlanan videolarda həm gender bərabərliyindən, həm də qadınlara əks cins tərəfindən döyülərkən heç bir etirazın edilməməsi fikri aşılanır. Nəzərinizə çatdıraq ki, Çin təhsil müəssisələrində oxşar hadisələr son illər tez-tez müşahidə olunur. Milli mədəniyyət üzrə Fuşun adlı bir təhsil müəssisəndə qadınlara karyera qurmamaqları, evdə oturaraq həyat yoldaşlarına xidmət etmələri öyrədilir. Bu üsulla qadınlara qeyri –ixtiyari olaraq atalarına, həyat yoldaşlarına və qardaşlarına tabe olmaları fikri yeridilir. Bu kimi dar düşüncəli məktəblərin məsləhətləri sırasına heç bir zaman mübahisə etməmək və boşanmamaq daxildir. Məktəb dərslərini lentə alan digər bi videoda isə qız uşaqlarına döşəməni, toileti təmizləmək kimi ev işlərinin heç bir qoruyucu əlcək geyinmədən görülməsi tədris edilir. Müəssisənin bir çox işçiləri bağlanmanın ədalətsiz olduğunu və göstərilən videoların miskonsepsiya olduğunu iddia edirlər. Hakimiyyət orqanlarını fikrinə əsasən, məktəbin tədris üsulu sosial əxlaq normalarına ziddir və dərhal bağlanmalıdır. Həmçinin, bu tip təhsil müəssisələrinin fəaliyyətini aşkar edilməsi məqsədilə yoxlanma işləri həyata keçirilir.

 Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 350 | Kateqoriya: Sosial / Dünya Tarix: 04.12.2017, 18:08

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM