İran səfiri: “bizim inqılabımız zülmə və zorakılığa qarşıdır”


“Bizim inqilabımız zülmə və zorakılığa qarşıdır”. Bu sözləri İran İslam Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, İslam İnqilabının 39-cu ildönümü yürüyüşü onu göstərdi ki , İran xalqı inqilaba və müqəddəs İran sisteminə sadiqdir. İran dövləti və xalqı öz hədəflərinə çatmaq üçün mübarizə aparacaq deyən səfir, inqilab etməklə ABŞ-ın İrana qarşı 50 illik yersiz və yalnış müdaxiləsinə son verdiyini vurğulayıb. Cavad Cahangirzadə həmçinin qeyd edib ki, ABŞ İranın mədəniyyət, iqtisadiyyat hətta hərbi və təhlükəsizlik işlərinə də qarışmasına baxmayaraq, heç bir məqsədlərinə nail ola bilməyiblər. Onların heçnəyə nail olmaması, İranın daxili işlərinə qarışmaq istəyən digər düşmən ölkələrə adekvat cavab verib. Cavad Cahangirzadənin sözlərinə görə, qərbin İrana qarşı sanksiyalar tətbiq etmək yolu yalnış bir yoldur və onlar bilməlidilər ki, İrana qarşı tətbiq olunan təhtidlər qəbul olunmazdır. İran xalqının heç bir təhtiddən qorxmadınını deyən səfir, ABŞ-ın digər ölkələrin daxili siyasətinə qarışması və məntəqələrdəki terrorçuları maliyyələşdirməsini də qınayıb. O bildirib ki, İran İslam Respublikası bütün məntəqələrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Cavad Cahangirzadə həmçinin Azərbaycanla İran arasında dostluğun qədim tarixə sahib olduğunu deyib. O qardaş dövlətlərin hər zaman çiyin çiyinə verib düşmənə qarşı birgə mübarizə aparacaqlarını da vurğulayıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 159 | Kateqoriya: Siyasət / OTV Xəbər / Manşet / Dünya Tarix: 14.02.2018, 05:56

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM