ABŞ bəyan etdi: Qoşunlarımız Menbiçdən çıxmayacaq


Hərbçilərimiz heç bir halda Menbiçdən çəkilməyəcək" bunu ABŞ Mərkəzi Qüvvələr Komandanlığının rəhbəri, general Cozef Votel bəyan edib. Bu arada ABŞ-ın YPG terrorçuları ilə əməkdaşlıq etdiyi və onlara silah-sursat göndərdiyi ilə bağlı məlumatlar yayıldıqdan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında ABŞ kimi bir dövlətin terrorçularla əməkdaşlığa son qoymalı və onları tərksilah etməli olduğunu bildirib. Qeyd edək ki, 2016-cı ildən etibarən ABŞ YPG-ni İŞİD silahlıları ilə mübarizəyə cəlb etməklə, onları silah və maliyyə yardımı ilə təmin etməyə başlayıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 183 | Kateqoriya: Siyasət / OTV Xəbər / Manşet / Dünya Tarix: 29.01.2018, 23:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM