Tramp Şimali Koreya məsələsində Rusiyanı ittiham edib


Rusiya KXDR-ə beynəlxalq sanksiyalardan yayınmağa kömək edir. Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. “Rusiya Şimali Koreya ilə bağlı bizə heç bir köməklik etmir. Bizə Çin kömək edir, Rusiya isə onların səylərini puç edir”, deyə D.Tramp qeyd edib. Bundan əvvəl Rusiyaya məxsus neft tankerləri beynəlxalq sanksiyaları pozaraq azı üç dəfə Şimali Koreyaya yanacaq tədarük ediblər. Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib edib. Bu arada ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq. Bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”. B.Netanyahu ötən gün bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək. Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 180 | Kateqoriya: Siyasət / OTV Xəbər / Manşet / Dünya Tarix: 19.01.2018, 01:12

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM