Prezident İlham Əliyev Ağcabədi şəhəri ilə bağlı sərəncam imzaladı


İlahm Əliyev Ağcabədi abadlıq və quruculuq işləri ilə bağlı sərəncam imzalayıb

Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat vəsait ayırıb.


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Ağcabədi rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilərək, Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, “Qarabağ” Muğam Mərkəzi, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilib. Həmçinin Rayon Mədəniyyət evi, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub. Bununla yanaşı təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılaraq 18 mindən çox iş yeri açılıb bununla yanaşı yeni avtomobil yolları çəkilib. Ümumilikdə Ağcabədidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Muhammad Ali | Baxılıb: 293 | Kateqoriya: Siyasət Tarix: 29.11.2017, 18:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM