Obamanın sosial media istifadəçilərinə xəbərdarlığı » OTV - İnternet Televiziyası

Obamanın sosial media istifadəçilərinə xəbərdarlığı


Obamanın sosial media istifadəçilərinə xəbərdarlığı

Sabiq prezident Barak Obama sosial media istifadəsi ilə bağlı xəbərdarlıq edib. 

OTV xəbər verir ki, Obama şəhzadə Harrinin BBC radio proqramında qonaq qismində çıxış edib. O, sosial medianın yanlış şəkildə istifadəsinin insanlar arasında fikir ayrılıqlarına səbəb olduğunu və onların diqqətini lazımsız məsələlərə yönəltdiyini bildirib. Hazırkı prezident Donald TrampTwitter sosial şəbəkəsinin daimi istifadəçisidir, lakin Obama müsahibəsində Trampı dəqiq olaraq qeyd etməyib. Obama xüsusilə də, hakimiyyətdə olan şəxslərin sosial mediadan istifadə zamanı ehtiyatlı olmalı olduğunu bildirib. O, yanlış informasiyanın təbliğinin gələcəkdə problemlər yaradacağını və insanların yanlış məlumatlara daha çox meyilli olduğunu bildirib. Nəzərinizə çatdıraq ki, Donald Tramp Twitterdən həddindən çox istifadə etməsinə görə bir neçə dəfə günahlandırılıb, lakin prezident bunu Amerika xalqı ilə əlaqə qurmaq üçün əsas vasitə olaraq qeyd edib.


Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 261 | Kateqoriya: Siyasət Tarix: 27.12.2017, 13:40

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM