Səudiyyə Ərəbistanında təşkil ediləcək dünya çempionatı İsrailli şahmatçılarsız başlayacaq


Səudiyyə Ərəbistanı tərəfindən İsrailli şahmatçılara vizaların verilməməsindən sonra onlar turnirdə iştirakdan məhrum olublar.

OTV-nin xəbərinə əsasən, Səudiyyə rəsmiləri bildirirlər ki, vizaların verilməməsinə səbəb krallıqla İsrail arasında hər hansı diplomatik əlaqənin olmamasıdır.

İsrail Şahmat Federasiyası bildirir ki, bu məsələ ilə bağlı maliyyə ödəməsi tələb edəcəklər.

Belə mötəbər şahmat tədbirini ilk dəfə təşkil etmək Səudiyyə Ərəbistanının xarici dünyaya çıxış prosesinin bir parçasıdır.

Lakin Səudiyyə Ərəbistanının apardığı siyasət bəzi ölkələr eləcə də bəzi iştirakçılar tərəfindən etirazla qarşılanıb.

Ukraynanı təmsil edən 27 yaşlı ikiqat dünya çempionu Anna Muzçuk bildirib ki, uduş məbləğinin rekord miqdarda olmasına baxmayaraq turnirdə iştirak üçün abaya (Ərəbistanda qadınların geyinməli olduğu uzun paltar) geyinməyə razı olmayacaq.

Məlumat üçün bildirək ki, 7 israil şahmatçısı turnirdə iştirakdan məhrum edilsə də, Qətər və İranlı idmançılar son anda viza almağa müvəffəq olublar.

Xatirladaq ki, dekabrın 26-dan 30-a qədər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Şahmat üzrə dünya çempionatı təşkil ediləcək.


Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 267 | Kateqoriya: Siyasət / İdman Tarix: 26.12.2017, 18:23

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM