Qətər Səudiyyə Ərəbistanında təşkil ediləcək şahmat turnirində iştirak etməyəcək


Qətər 26-30 dekabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil ediləcək Sürətli Şahmat və Blitz üzrə Dünya Çempionatında iştirak etməyəcək.

OTV-nin xəbərinə əsasən, Qətər Şahmat Federasiyasından verilən məlumata görə, təşkilatçılar tərəfindən turnir zamanı Qətər bayrağının açılmasının qadağan edilməsi onları bu qərarı qəbul etməyə vadar edib.

Bəyanatda bildirilir ki, bu oyunçulara qarşı böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozuntusudur və buna qarşı qanuni prosedurlar tətbiq edilməlidir.

Məlumat üçün bildirək ki, bu ilin iyununda Qətəri terrorizmə dəstəkdə günahlandıran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn bu ölkə ilə olan bütün diplomatik əlaqələrini kəsmişdi.

Qətər isə öz növbəsində bu ittihamları rədd edərək bildirir ki, ölkəni bu şəkildə təcrid etmək beynəlxalq hüquq normalarına və ölkənin milli suverinliyinə ziddir.

Mənbə: Anadolu Agency
Tərcümə: Firuzə Məmmədova OTV üçün



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 315 | Kateqoriya: Siyasət / İdman Tarix: 25.12.2017, 16:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM