Putindən Trampa təşəkkür zəngi


Rusiya Prezidenti Vladimir Putin bazar günü amerikalı həmkarı Donald Trampa zəng edərək Mərkəzi Kəşfiyyat İdarəsi işçililərinən göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edib. OTV  xəbər verir ki, ABŞ-dan verilən məlumatlar əsasında Rusiya təhlükəsizlik qüvvələri Sankt Peterburqda planlaşdırılan silsilə terror aktlarının qarşısını almağa müvəffəq olub.

Telefon danışığı zamanı Putin onu da qeyd edib ki, iki ölkə arasında münasibətlərin hansı vəziyyətdə olmasından asılı olmayaraq ABŞ-ın bu yardımı çox tədqirə layiqdir və Rusiya təhlükəsizlik qüvvələri də öz növbəsində onlarla bağlı hər hansı məlumat alarlarsa dərhal ABŞ-a məlumatı ötürəcəklər.

Kremldən verilən rəsmi bəyanatda bildirilir ki,terrorçu qruplaşmalar bu həftə sonu St.Peterburqda silsilə terror aktları törətməyi planlaşdırıblar və əsas hədəf kimi 19-cu əsrə aid Rusiya Ortodoks kilsəsi seçilib. Lakin ABŞMKİ-nin bu planlardan vaxtında xəbər tutması və məlumatı çevik şəkildə Rusiyaya ötürməsi nəticəsində bu hadisələrin vaxtında qarşısı alınıb.

Məlumat üçün bildirək ki, Rusiyada son terror aktı bu ilin Aprelində Sankt Peterburq metrosunda həyata keçirilib və nəticədə 16 insan həyatını itirib.

Mənbə: Military News
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 295 | Kateqoriya: Siyasət / Hərbi Tarix: 18.12.2017, 04:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM