Hitler haqqında bilmədiyimiz faktlar


Hitler öz rasist idealogiyası və törətdiyi soyqırım səbəbi ilə dünya tarixində ən qəddar siyasi xadimlərdən biri olaraq iz buraxmışdır. OTV Adolf Hitler haqqında hamının bilmədiyi və bir çox sirli faktları sizinlə bölüşür.

 1. O, yahudi bir qadına aşiq idi.
Qəribə səslənə bilər, ancaq o, məktəb illərində Stephanie İsak adlı yahudi bir qıza aşiq olmuşdur. Məktəb illərində həddindən artıq çəkingən bir uşaq olduğundan, həmin xanıma öz hissləri barədə heç bir söz deməmişdir. Buna baxmayaraq, illər ötdükcə bəlkə də bu platoniklik səbəbindən yahudi millətinə qarşı onda nifrət hissi oyanmışdır.

2. Həzm sistemi və mədəsi ilə bağlı problemləri var idi.
O, həyatı boyu qastroloji problemlərlə mübarizə aparmış və 29 fərqli dərman qəbul etsə də, bu xəstəlikdən qurtula bilməmişdi.

3. O, bir zamanlar keşiş olmaq istəmişdi.

Hitler 4 yaşında ikən bir göldə boğularkən onu bir keşiş xilas etmişdi. O, bu hadisədən o qədər təsirlənmişdi ki, böyüyəndə keşiş olmağı xəyal etmişdi. Ancaq zaman ötdükcə, Hitlər Tanrıya xidmət etmək əvəzinə, elə məhz Tanrı olmaq istəmişdi.

4. Qadınlarla həddindən artıq açıq münasibətləri var idi.
Onun Geli Raubal adlı bacısı/qardaşı qızı ilə cinsi münasibəti olduğu da şaiələr arasındadı. Sonradan həmin xanım 23 yaşında intihar etmişdi.

5. O, maşın sürməyi bilmirdi.
Hitlerin maşın sürməyi bilməməyi onunla əlaqələnirilir ki, o kimdənsə nəsə öyrənmək istəməmişdi.

6. Hitler vegetarian idi.
Diktator heyvansevər olduğunu və buna görə də heyvan əti ilə qidalanmadığını öz günlüyündə qeyd etmişdi. Hitler hətta, müharibə bitdikdən sonra vegeterianlığı təbliğ etmək fikrində idi.

7. O, siqaret çəkməyin əleyhinə idi.
Baxmayaraq ki, o gənclik illərində siqaretdən istifadə edirdi, hakimiyyətə gəldikdən sonra o, bu vərdişindən imtina etmişdi və siqareti pul itkisi olaraq görmüşdü.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 160 | Kateqoriya: Siyasət Tarix: 11.12.2017, 16:41

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM