Azərbaycan və İordaniya dünyada islamafobiya meyillərinin artmasından narahatlıq ifadə edib

Xəbərin çap versiyası
Tarix: 24-09-2017, 15:03    
Azərbaycan və İordaniya dünyada islamafobiya meyillərinin artmasından narahatlıq ifadə edib OTV Report.az-a istinadən xəbər verir ki, nazir Elmar Məmmədyarov bu il xarici işlər naziri təyin olunan Ayman Safadini xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsinə nəzər salınıb, əlaqələrin daha da inkişaf etdirilməsi yolları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığın digər beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Tərəflər, həmçinin, dünyada islamafobiya meyillərinin artmasından narahatlıq ifadə edərək, islam həmrəyliyinin gücləndirilməsi və təşviq edilməsinin əhəmiyyətini vurğulayıblar. Bu xüsusda Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu və bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini deyib.
Elmar Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərini və BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsinin regional sülh üçün ciddi təhlükə olduğunu bildirdi. Nazir Elmar Məmmədyarov İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupun fəaliyyəti, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid abidələri, ibadət ocaqlarını vəhşicəsinə məhv etdiyi, beynəlxalq humanitar hüququ pozmaqda davam edərək qoşunlarının təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları qəsdən hədəfə aldığı barəsində həmkarına məlumat verib.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz