İsrail Baş naziri Avropa Birliyini ABŞ-ın qərarını tanımağa səsləyir


İsrail Baş naziri Netanyahu Avropa Birliyini Yerusəlimi ölkənin paytaxtı olaraq tanımağa səsləyir. OTV xəbər verir ki, İsrail Baş naziri danışıqların aparılması üçün 20 ildə ilk dəfə olaraq Brüsselə səfər edib. Lakin, Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Federika Mogherini məsələ ilə bağlı mövqelərinin dəyişməz olduğunu bildirib. Nazir Netanyahu bəyanatında Yerusəlimin Yəhudi xalqının 3000 ildir ki paytaxtı olduğunu və president Trampın isə bunu yalnız rəsmi şəkildə təsdiqlədiyini vurğulayıb. O, Avropa ölkələrinin öz səfirliklərini Yerusəlimə köçürəcəyinə, Yerusəlimi İsrailin paytaxtı kimi tanıyacaqlarına inandığını açıqlayıb. Bununla belə, Mogherini Avropa Birliyinin Yerusəlim məsələsində “beynəlxalq razılıq”-a üstünlük verəcəyini bildirib.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 231 | Kateqoriya: Siyasət Tarix: 11.12.2017, 14:59

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM