Elman Məmmədov: Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Ermənistana ciddi xəbərdarlıq idi

Xəbərin çap versiyası
Tarix: 21-09-2017, 18:33    
Elman Məmmədov: Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Ermənistana ciddi xəbərdarlıq idi OTV xəbər verir ki, Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, dövlət başçısı yüksək tribunadan Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırdı: "Dövlət başçısı Ermənistanı işğalçı dövlət kimi bir daha təqdim etdi. Prezident İlham Əliyev xüsusən də Ermənistan hakimiyyətinə hərbi caninin rəhbərlik etdiyini böyük cəsarətlə bəyan elədi. Prezident bunu faktlara əsaslanaraq bildirdi. Çünki Sarkisyan özü də etiraf edib ki, Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi-komandir kimi iştirak edib. Bir dövlətin ki rəhbəri hərbi cani, cinayətkar ola, o dövlətin özü nə olar? Prezident İlham Əliyev həmin tribunadan Ermənistana çox ciddi xəbərdarlıq da etdi və aprel döyüşlərini xatırlatdı ki, bu döyüşdən onlar nəticə çıxarsın və dinc əhaliyə qarşı iyrənc təxribatları dayandırsınlar".

E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev çıxışında həmçinin BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həllində ikili siyasət yeritdiyini, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təşkilatın 4 qətnaməsinin 20 ildən artıqdır ki icra olunmadığını da sessiya iştirakçılarının diqqətinə çatdırdı.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz