Türkiyə Prezidenti Ərdoğandan Donald Trumpa ittiham


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın Yerusəlim şəhərini İsraelin paytaxtı olaraq tanıdığını bəyan etdikdən sonra, ötən həftəki çıxışında bu bəyanata cavab olaraq İsraeli “Terrorist Dövlət”, “Uşaq qatili” olmaqla ittiham etdi.
OTV xəbər verir ki, Ərdoğan həmçinin ötən həftəki çıxışında Amerikanın bu qərarını geri çəkmək üçün əlindən gələni edəcəyini deyib. O, Fələstinin “məsum bir qurban”, İsraelin isə “terrorist dövlət” olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Trampla bağlı isə “Güc sahibi olmaq ona belə bir bəyanat vermə haqqını tanımır. Güclü dövlətlərin əsas məqsədi regionda sülh yaratmaqdır” sözlərini sərf edib.
Xatırladaq ki, İsrael hərbi qüvvələrinin ötən həftə Qəzzanı bombalaması nəticəsində 6 sı uşaq olmaqla 25 nəfər yaralanıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 227 | Kateqoriya: Siyasət / Dünya Tarix: 11.12.2017, 11:03

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM