Etirazlardan sonra Qəzzədə qanlı toqquşmalar


ABŞ prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanımasından sonra Fələstin etirazçları və İsrail təhlükəsizlik qüvvələri arasında Yerusəlim və Qərb Sahili bölgələrində qanlı toqquşmalar baş vermişdir. OTV xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, Şərqi Qəzzə bölgəsində baş verən toqquşmalar nəticəsində 30 yaşlı fələstinli qətlə yetirilmiş, 300 nəfər isə xəsarət almışdır. Nazir açıqlamasında xəsarət alanların vəziyyətiinin ciddi olmadığını və əsasən, gözyaşardıcı qazdan və mərmidən istifadə edildiyini açıqladı. Qəzzə bölgəsində təxminən 4500 fələstinli İsrail sərhədi boyunca İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə yandırıcı şinlər və daşlar atmışdır. Israil hərbi qüvvələrinin verdiyi məlumata əsasən, Qərb Sahili və Qəzzə bölgəsindəki nümayişlər 5-ci gün axşam saatlarında yatırılmışdır.

Mənbə: CNN news
Tərcümə etdi:Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 266 | Kateqoriya: Siyasət Tarix: 09.12.2017, 10:01

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM