Sarkisyan nə prezident, nə də baş nazir olacaq

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 14:18    
Sarkisyan nə prezident, nə də baş nazir olacaq OTV Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Past" nəşrinə hökümətdəki mənbə bildirib. Mənbə qeyd edib qəbul edilən qərar ölkədə fövqəladə hal baş verməzsə, dəyişməyəcək.

"Qərara alınıb ki, baş nazir Karen Karapetyan öz postunda qalacaq və dövlətin iqtisadiyyatı ilə əsaslı şəkildə məşğul olacaq. Serj Sarkisyan isə Təhlükəsizlik Şurasını idarə edəcək. O, öz tabeliyində güc strukturları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Milli Təhlükəsizlik Şurasını əlində saxlayacaq".

Mənbə bildirib ki, yanlız polis baş nazirə tabe olacaq: "Belə qərarın qəbul olunmasında səbəb vəzifəli şəxslərin qeyri-müəyyənlikdən çıxması və müvafiq qərar qəbul etməsidir. Lakin mühüm məsələ var. Əgər birdən müharibə başlayarsa, o zaman Ali Baş Komandan və baş nazir vəzifəsini Serj Sarkisyan tutacaq. Bu da qəti qəraradır".

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
{linkfeed}{sape_links}{sape_article}
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz