Xızıda 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 11:17    
Xızıda 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb OTV Report.az-a istinadən xəbər verir ki, baxış zamanı 20 ədəd partlamamış hərbi sursat (PHS), 68 ədəd partlamış-yanmış mərmi qalıqları və 26 kq yandırma aşkar edilərək götürülüb.
Ümumiyyətlə, 12 gün ərzində 12 ev, 42 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 15 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 3 961 ədəd partlamamış hərbi sursat, 2 685 ədəd partlamış-yanmış sursat qalıqları və 2 369 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 19 878 584 kv.m (1 987.86 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xızıda 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb



OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz