Trampın qərarına dünyada etiraz aksiyası


ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra Yaxın Şərqdə gərginliyə səbəb olub.

OTV xəbər verir ki, İsrail əsgərləri cümə namazından sonra etiraz etməyə başlayan fələstinlilərə qarşı bibər qazı və plastik güllələrdən istifadə edib. Çoxlu sayda fələstinlinin yaralandığı qeyd edilir.

Nümayişlər Fələstinin bütün şəhərlərində – Ramallah, Nablus, Tülkerm, Kalkiliyye, Cenin, Beytullahim, Selfit və Əl-Xalildə keçirilir. Fələstinlilərin “qəzəb günü” adlandırdıqları bu günü əksər televiziya kanalları canlı yayımlayır. Küçələrdə təkər yandıran nümayişçilər, əsgərlərə daş atmaqla qarşılıq verirlər.

Etiraz dalğası Türkiyənin bir çox yerində də böyüməkdədir. Qüds qərarına etirraz etmək istəyən minlərlə vətəndaş İstanbulda Fatihdə olan Saraçhaneyə axın etdi.

İranın bir çox şəhərində keçirilən etiraz aksiyaları iranın rəsmi televiziya kanllarında yayımlanıb.

Hindistanın bir çox şəhərlərində küçələrə çıxan qəzəbli nümayişçilər Donald Trampın maketini və İsrail bayraqlarını yandırıblar.

Bundan əlavə bu məsələ ilə bağlı Pakistan, Əfqanıstan və İndoneziyada da etiraz aksiyası keçiriblər.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 344 | Kateqoriya: Siyasət / Dünya Tarix: 08.12.2017, 16:15

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM