Yeni Breksit razılaşması gələcək ticarət danışıqlarına yol açır


Baş nazir Tereza Mey Avropa Birliyi ilə aparılan son danışıqların gələcək ticarət razılaşmalarına zəmin yaradacağını və breksit danışıqlarının növbətə mərhələyə keçdiyini açıqladı. Irlandiya və Birləşmiş Krallıqdakı Avropa Birliyi və Avropa Birliyində olan Birləşmiş krallıq vətəndaşları üçün heç bir sərhəd problemi mövcud olmayacağı və hüquqların qorunacağı bildirildi. OTV-nin verdiyi məlumata əsasən, boşanma ödənişi 35 və 40bn yevro arasında dəyişəcək. Avropa Komissiyası prezidenti bunun uğurlu bir razılaşma olduğunu və Avropa Birliyi liderləri tərəfindən təsdiqinə tam olaraq əmin olduğunu bildirdi. Danışıqlarda Birləşmiş Krallığın konstisional və iqtisadi birliyini qorunması istiqamətində Şimali İrlandiya və Birləşmiş Krallıq arasında heç bir sərhəd problemi olmayacağına zəmanət verildi. Birləşmiş Krallıqda yaşayan Avropa Birliyi vətəndaşları və Avropa Birliyində yaşayan Birləşmiş Krallıq vətəndaşlarının yaşamaq, işləmək və təhsil almaq hüquqları tam olaraq qorunacağı açıqlandı.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 277 | Kateqoriya: Siyasət Tarix: 09.12.2017, 19:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM