Trampın yeni qərarı Yerusəlimdə necə qarşılandı?


İsrail qüvvələri Yerusəlimi İsrailin paytaxtı kimi təsdiqləyən qərara etiraz əlaməti olaraq Yerusəlimdə və işğal altında olan Qərb sahilində keçirilən üsyanları yatırmağa çalışır. OTV xəbər verir ki, cümə günü baş verən iğtişaşlardan sonra yüzlərlə əlavə polis qüvvələri və batalyonlar Yerusəlimə və Qərb sahilinə göndərilib. Onlarla fələstənli etirazlar zamanı xəsarət almışdır. Donald Trampın qərarı İsrail tərəfindən xoş qarşılansada, Ərəb və İslam dünyasında tənqidlərə məruz qalıb. İsrail artıq Yerusəlimi paytaxtı olaraq elan edib, buna baxmayaraq, Fələstin Şərqi Yerusəlimi gələcək Fələstin dövlətinin paytaxtı olacağınnı iddia edir. Birləşmiş Ştatlar İsrailin 1948- ci ildə yaranmasından sonra Yerusəlimi onun paytaxtı kimi tanıyan ilk ölkə olaraq adını tarixə yazdırdı. Nəzərinizə çatdıraq ki, Birləşmiş Ştatların bu addımı onun illərdir Yerusəlimə qarşı olan neytral vəziyyətinə tam zidd idi.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 44 | Kateqoriya: Siyasət Tarix: 08.12.2017, 14:08

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM