Amerika Dövlət Departamentindən amerikanlara xəbərdarlıq


Prezident Donald Trump Yerusəlim şəhərini İsrailin paytaxtı olaraq tanıdığını və Amerika səfirliyini oraya yerləşdirəcəyini öz çıxışında bəyan etdi. OTV xəbər verir ki, Prezident D. Trampın bu bəyanatı Orta Şərq dövlətlərinin aqressiya və narazılığına səbəb olacaq və bu isə öz növbəsində Amerikada terror aktlarının artması ilə nəticələnə bilər. Bununla yanaşı, Amerika Dövlət Departamenti amerikan turistlərə mövcud bəyanatın Şərq ölkələrində doğuracağı aqressiv reaksiyaları nəzərə alaraq, daha ehtiyatlı olmağı və səyahət edərkən yüksək təhlükəsizlik tədbirləri görməyi tövsiyə edib.

Mənbə: Daily Mail
Tərcümə etdi: Tahirə Mirzəyeva

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 281 | Kateqoriya: Siyasət Tarix: 08.12.2017, 10:45

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM