Birləşmiş Ştatlarda evsiz insanların sayında artım müşahidə olunur.


Birləşmiş Ştatlarda 2010-cu ildən bəri ilk dəfə olaraq evsiz insanların sayında artım müşahidə olunub. OTV xəbər verir kİ, mənzil və şəhər inkişaf şöbəsinin verdiyi məlumata əsasən, 554000 nəfər insan evsiz vəziyyətdədir. Los- Anceles, Nyu York kimi qərb sahilyani şəhərlərdə artım xüsusi olaraq nəzərə çarpır. Los- Ancelesdə evsiz insanların sayı 1 il ərzində 55000-ə çatıb. Verilən məlumatlara əsasən, artımın müşahidə edildiyi digər şəhərlərə Seatle, San Diego və Sakramento daxildir. Mənzil və inkişaf üzrə katib Ben Karson Amerikanın NPR radiosuna verdiyi məlumata əsasən, Los-Anceles və Nyu York da artım səviyyəsi maaşlardan daha sürətlə artır. O, müsahibəsində problemin həlli stiqamətində gəlirsiz və dini təşkilatlarla iş birliyinin vacibliyini vurğuladı. Katib həmçinin, problemin həllinin yalnız hakimiyyət orqanlarının vəzifəsi olmadığını bildirdi. Nəzərinizə çatdıraq ki, hesablama əməliyyatları hər il yanvar ayında regional hakimiyyətm orqanları tərəfindən həyata keçirilir və gecəni küçədə, maşınlarda və sığınacaqlarda keçirən insanlar siyahıya daxil edilir. Növbəti mərhələdə nəticələr milli statistika tərəfindən tərtib edilməsi üçün federal hökümətə təqdim edilir.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 31 | Kateqoriya: Siyasət / Sosial / Dünya Tarix: 7-12-2017, 12:28

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM