Türkiyə Trampı Yerusəlimi tanımamağa səsləyir


Birləşmiş Ştatlar Yerusəlimi İsrailin paytaxtı kimi tanıya bilər. OTV xəbər verir ki, Türkiyə prezidenti Donald Trampa Yerusəlimi İsrailin paytaxtı kimi tanıyacağı təqdirdə yaranacaq təhlükələr barədə xəbərdarlıq etmək məqsədilə Birləşmiş Ştatlar müttəfiqlər qrupuna qoşulub. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan verdiyi müsahibədə belə bir tanınmanın Türkiyə üçün həyəcan siqnalı olacağını və Ankaranın İsraillə diplomatik əlaqələri kəsməsinə apara biləcəyini bildirdi. Türkiyə prezident sözçüsü İbrahim Kalin isə bu planın böyük bir səhv olduğunu və belə bir addımın bütün sülh danışıqlarını pozacağını və yeni münaqişə və gərginliklərin yaranması ilə nəticələnəcəyini bildirdi. Bu həftə elan edilməsi gözlənən bəyanat regional narahatlıqları və Yerusəlimi müqəddəs paytaxtları kimi təsvir edən İsrail və Fələstinin ikili mövqeyini sonlandıracaq. Müttəfiqlərin məsələ ilə bağlı etirazları ağ evdə bəyanatın ləğv edilməsi və ya edilmədiyi təqdirdə yarana biləcək problemlərlə bağlı mübahisə doğurub. Fransa prezidenti Emmanuel Makron prezident Donald Trampla telefon danışığında problemin İsrail və Fələstin arasında sülh danığıqları yolu ilə həlledilməsi tərəfdarı olduğunu bildirib.


Mənbə:CNN
Tərcümə etdi: Sevinc Nəhmədova
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 32 | Kateqoriya: Siyasət Tarix: 6-12-2017, 13:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM