Venesuela müxalifət partiyalarına qoyulan qadağa


Venesuela prezidenti Nikolas Maduro ölkənin əsas müxəlifət partiyalarının növbəti il keçiriləcək prezident seçkilərində iştirakına qadağa qoyulduğunu açıqlayıb. OTV xəbər verir ki,o, yalnız bazar günü keçirilən sorğuda iştirak edən partiyaların namizədlik irəli sürə biləcəklərini bildirdi. Demokratik Fəaliyyət, Güclü İradə və Ədalət partiyaları seçki sisteminin qeyri-obyektiv olduğunu əsaslandıraraq səsvermədən imtina ediblər. Prezident Maduro isə Venezuela seçki sisteminin tam şəkildə şəffaf keçirildiyini təkid edir. Bununla yanaşı, o, bazar günü çıxış edərkən müxalifət partiyalarının siyasi xəritədən silinəcəyini bildirmişdi. Nəzərinizə çatdıraq ki, ölkə inflyasiya və əsas məhsulların qıtlığı səbəbindən iqtisai böhran yaşayır.

Mənbə:BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 129 | Kateqoriya: Siyasət Tarix: 05.12.2017, 18:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM