Ali Məhkəmənin Trampın yeni səyahət qadağasına münasibəti


Birləşmiş Ştatlar Ali Məhkəməsi prezident Donald Trampın səyahət qadağasına etdiyi yeni versiyanın qüvvəyə minməsinə razılıq verib. OTV xəbər verir ki, məhkəmə orqanları ilk dəfə olaraq qadağaya edilən düzəlişin qanunuliyini tanıyıb. Bu isə bəzi qanunlara gələcəkdə düzəlişlər ediləcəyinə işarədir. Səyahət qadağasına edilən 3- cü düzəlişdə Çad, İran, Libya, Şimali Koreya, Suriya, Venezuela, Somali və Yəməndən olan vətəndaşların ölkəyə gəlməsilə bağlı bir sıra məhdudiyyətlər qoyulmuşdur. Bu qanun isə Tramp hakimiyyəti üçün qısa müddətli qalibiyyət hesab edilir , belə ki, prezident Trampın əsas missiyalarından biri də islam ölkəri vətəndaşlarına səyahət qadağasının qoyulması olmuşdur. Bazar günü qəbul edilən qanun isə qanuni olaraq təsdiqləndikdən sonra qüvvəyə minəcək. Trump tərəfdarları isə prezidentin bunu ölkədə milli təhlükəsizliyi təmin etmək üçün etdiyini bildirdi. Ağ ev isə öz açıqlamasında “ Biz Ali məhkəmənin səyahət qadağasını müvəqqəti olaraq olaraq təsdiqləməsindən təəccüblənmirik, təsdiq edilən bəyannamə qanunidir və doğma torpağımızın qorunması üçün önəmlidir. Qadağalar müsəlmanların çoxluq təşkil etmədiyi bir sıra ölkələrə də  tətbiq olunacaq, bu isə bizim əsas məqsədimizin dini ayrı-seçkilik deyil, milli təhlükəsizliyimizin təminatı olduğunu açıq şəkildə bəyan edir” deyərək bildirdi.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 29 | Kateqoriya: Siyasət Tarix: 5-12-2017, 16:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM