Papa Fransis ilk dəfə “Rohinca” ifadəsini istifadə edib


Asiyada səfərdə olan Papa Fransis Bangladeşdəki bir qrup Müsəlman Rohinca ilə görüşüb. OTV -nin məlumatına görə, Paytaxt Dakarda 16 qaçqın qarşısında çıxış edən Papanın Rohinca ifadəsindən istifadə etməsi diqqətdən qaçmayıb.

Bundan əvvəl Myanmaya səfəri zamanı bu ifadəni istifadə etməkdən çəkinən Papanı bu addımı attım atmağa məcbur edən adı çəkilən ölkədə Rohincaların etnik qrup kimi qəbul edilməməmisidir. Hökumət rəsmiləri Papanı xəbərdar etmişdirlər ki, bu ifadənin istifadəsi ölkənin buddist etnik azlığının qəzəbinə səbəb ola bilər. Lakin Papanın bu addımı insan hüquqları müdafiəçilərinin qəzəbinə səbəb olmuşdu.

Myanma hökuməti Rohinca terminini istifadə etməkdən imtina edirlər. Onlar bildirirlər ki, həmin insanlar Banqladeşdən qeyri-qanuni köç etmiş “Benqallar“dır və onların ölkənin qədim etnik qruplarının birinin adı ilə adlandırılması düzgün deyil.

Məlumat üçün bildirək ki, buddistlər sayca az olmalarına baxmayaraq Myanmada çox güclü etnik qrupdur. Son günlər onların ölkənin müsəlman əhalisinə qarşı apardığı etnik təmizləmə dünyanın diqqət mərkəzindədir. Bu hadisələrlə əlaqədar olaraq avqust ayından etibarən 620.000-dən artıq Rohinca Myanmadan Banqladeşə üz tutub.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 343 | Kateqoriya: Siyasət Tarix: 01.12.2017, 18:01

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM