Zimbabvedə ən mühüm hökumət vəzifələri hərbi qüvvələrində əlində cəmləşib


Son günlər ölkədə baş verən siyasi hadisələrlə əlaqədar dünyanın diqqət mərkəzində olan Zimbabvedən yeni xəbərlər var. OTV xəbər verir ki, keçən həftə and içən yeni Zimbabve prezidenti Emmerson Mnanqva yeni təşkil etdiyi kabinetin tərkibini açıqlayıb. Yeni kabinet isə ölkədə birmənalı qarşılanmayıb. Əksəriyyəti keçmiş nazirlərdən ibarət olan kabinetin yeni üzvləri ilə nüfuzlu hərbiçilərdir. Cənab Mnanqava hazırki hərbi çevrilişdən sonra dövlət televiziyasında çıxış edən general Sibusis Moyonu yeni Xarici İşlər Naziri təyin edib. Son dövlət çevrilişə qədər ölkədə o qədər də tanınmayan Moyonun beynəlxalq münasibətlər sahəsində doktorluq dərəcəsi olduğu məlumdur. Digər yeni təyin edilmiş nazir isə Perence Şiridir. Ölkədəki Hava Qüvvələrinin başçısı olan Şiri 1980-ci illərdə Zimbabvedə sıravi xalqa qarşı həyata keçirilən kütləvi qırğınlarda adı hallanan əsgərlərdən biridir. Ölkə siyasətində mübahisəli mövqeyi olan və keçmiş Prezident Robert Muqabenin hakimiyyətini qorumağda günahlandırılan hərbi qüvvələrdən edilmiş bu təyinatlar ölkənin nüfuzlu şəxslərini heç də məmnun etməyib.

Belə ki, iki həftə əvvəl Prezidentin yeni era vədindən ümidlənənən və ölkədə ciddi dönüş nöqtəsinin yaranacağını ümid edən şəxlər öz seçimlərində yanıldıqlarını etiraf etməyə başlayıblar.

Onların sözlərinə görə uzun müddət diktatorun ətrafında olan, onun apardığı siyasətdə yaxından iştirak edən eyni şəxslərin və hərbiçilərin mühüm dövlət postlarını tutması heç də doğru hal deyil. Bu sadəcə əhaliyə qarşı oynanılmış bir oyun bir başçının digərini əvəz etməsidir.

Xatırladaq ki, noyabrın 14-də 37 il Zimbabveni idarə etmiş prezident Robert Muqabe hərbi çevriliş nəticəsində devrilmiş və ev dustağına çevrilmişdir. Prezident postunda onu əvəz edəcək iki namizəd Prezidentin həyat yoldaşı xanım Muqabe və ölkənin vitse-prezidenti Emmenson Mqaqaava arasında seçim zamanı öz xanımını seçən və vitse-prezidenti vəzifəsindən uzaqlaşdıran diktatorun bu seçimi xalqın hiddətinə səbəb olmuşdur. Prezidenti vəzifədən uzaqlaşıran və mühacirətdə olan eks vitse-prezidenti hakimiyyətə gətirən xalqın bu hərəkəti demokratiyanın qələbəsi kimi qiymətləndirilirdi.

Amma yeni seçilmiş Prezident Emmerson Mgagvanı da demokratik rəhbər adlandırmaq çətindir. Çünki, 1980-ci ildə müstəqillik qazanan və Robert Mugabenın hakimiyyəti altında olan ölkədə Mgagva hər zaman ölkə başçısının “sağ əl“i olmuş və onun siyasətində mühim rol oynamışdır.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 59 | Kateqoriya: Siyasət / Hərbi Tarix: 04.12.2017, 12:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM