Şimali Koreya dünyanı müharibəyə daha da yaxınlaşdırır


Çərşənbə axşamı Nyu Yorkda çağırılan təcili toplantı zamanı Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreyanın yaxın günlərdə uğurla həyata keçirdiyi qitələrarası ballistik raket sınaqlarını qəti şəkildə pisləyiblər. OTV bildirir ki, toplantıda çıxış edən ABŞ-ın Birləşmiş Millətlərdəki səfiri Nikki Haley bildirib ki,qatı rejimin bu addımı dünyanı müharibəyə bir qədər də yaxınlaşdırıb. ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların sərtləşdirilməsi ilə qapalı ölkənin öz raketlərini daha da təkmilləşdirdiyini vurğulayan xanım səfir onu da əlavə edib ki, ABŞ heç bir zaman Şimali Koreya ilə müharibəyə can atmayıb. Amma bu müharibə olacağı tədqirdə onların geri çəkiləcəyi demək deyil. Əgər belə bir hal baş verərəsə, Şimali Koreya tam şəkildə darmadağın ediləcək.

Bütün dünya xalqlarını Şimali Koreyaya qarşı birləşməyə çağıran səfirin sözlərinə görə , əgər Şimali Koreyanın digər ölkələrlə diplomatik, hərbi, elmi, texniki və ticari əlaqələri kəsilərsə o zaman qatı rejim bu siyasəti uzun müddət davam etdirə bilməz. İclas zamanıABŞ Prezidenti Donald Trampın Çin Prezidenti Xi Jinpingə Çinin Şimali Koreyaya etdiyi neft yardımını dayandırmaq üçün etdiyi çağırış da qeyd edilib.

Bundan başqa , Haley Şimali Koreyanın Birləşmiş Millətlərdəki səsvermə hüququnun ləğv edilməsini də təklif edib.

Məlumat üçün bildirək ki, noyabr ayınınn 23-də Şimali Koreya dövlət televiziyası qitələrarası ballistik raketin uğurla sınağdan keçirilməsi xəbərinielan etmişdir. Koreya hərbi qüvvələri iddia edir ki, bu indiyə qədər sınaqdan keçirilmiş ən uğurlu raketdirvə ABŞ-ı məhv etmək üçün iqtidarındadır. Onu da əlavə edək ki,bu Şimali Koreya tərəfindən Ağ Evin bütün xəbərdarlıqlarına baxmayaraq sentyabr ayından bəri həyata keçirilən ilk raket sınağıdır.

Məsələsə tviter vasitəsiylə münasibət bildirən ABŞ Prezidenti Donalt Tramp bildirib ki, ABŞ bu məslənin öhdəsində gəlmək üçün Şimali Koreyaya qarşı daha sərt sanksiyalar tətbiq edəcək.

Mənbə: CNN

Tərcümə: Firuzə Məmmədova OTV üçün
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 35 | Kateqoriya: Siyasət / Hərbi Tarix: 1-12-2017, 10:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM