Azərbaycanda jurnalistlərin Ümumrespublika karnavalı təşkil olunub


“Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubunun yaranmasının 5 illiyi münasibətilə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il ilə əladəqar karvanal keçirilib.

OTV bildirir ki, Azərbaycanın 30-a yaxın televiziya, informasiya agentliyi, qəzet və xəbər portalının 100-dən çox nüməyəndəsinin və bir sıra dövlət qurumlarının mətbuat nümayəndələri də iştirak ediblər.

Tədbirdə keçirilən müsabiqələrin təqdimatı zamanı qalibə “Qarabağ” futbol klubunun geyimini komandanın kapitanı Rəşad Sadıqov təqdim edib. Karnaval boyu müsabiqələr keçirilib və müsabiqə qaliblərinə "Bakı Metropoliteni" QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, “ASAN Xidmət” Mərkəzinin, ABAD xidmətin, Azərbaycan Xalça Muzeyinin, “Unibank” Kommersiya Bankı, “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGT) tədbirdə dəstəkçi qismində iştirak edib.

Qeyd edək ki, “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu ölkədə media nümayəndələrinin işdənkənar asudə vaxtlarının təşkili, peşəkar sahədə fikir mübadilələrinin aparıldığı toplantıların keçirilməsi, Bakıda fəaliyyət göstərən jurnalistlərin ölkənin regionları ilə tanışlığının təmin edilməsi sahəsində fəaliyyət göstərən yeganə ictimai təşkilatdır. Təşkilatın həmtəsisçiləri - jurnalistlər Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkodur.






Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 25 | Kateqoriya: Mədəniyyət Tarix: 25.12.2017, 19:25

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM