Rafaelin 500 il sonra ortaya çıxan rəsm əsərləri


500 ildir ki, Vatikanda davam etməkdə olan müəmma axır ki, öz cavabını tapıb. OTV-nin məlumatına görə, Vatikan Muzeyinin daxilindəki otaqların təmizlənmə və bərpa işi zamanı Renessans dövrünün məşhurrəssamı Rafaelin 2 rəsm əsəri aşkar edilib.

Mütəxəsislər düşünürlər ki, bu 2 əsər rəssamın erkən ölümündən öncə çəkilmiş son əsərlərdir. Rəsmlərdə təsvir edilən 2 qadın obrazı Ədalət və Dostluğu təmsil edir.

Məlumat üçün bildirək ki, dövrün məşhur rəssamı Rafael 1508-ci ildə Roma Papası 2-ci Yuliusdan onun şəxsi mənzilinin boyadılması ilə bağlı əmr alır. Bundan sonra özünün məşhur “Rafael” otaqlarını çəkməyə başlayan rəssam 3 otağı tamamlasa da, ən böyük otaq olan banket zalının boyanması rəssamın ani ölümü ilə yarımçıq qalmışdır.Mütəxəsislər bildirirlər ki, rəssam digər otaqların boyanmasında fresko texnikasından istifadə etsə də, burada yeni bir üsulu-neft ilə çəkməyi sınamağa başlayıb. Yenicə aşkar edilən bu 2 əsər də məhz neft ilə çəkildiyi halda ,otağın digər rəssamlar tərəfindən tamamlanmış hissələrində fresqo texnikasından istifadə edilib.

Onu da əlavə edək ki, bu tapıntı incəsənət dünyasında böyük əks-səda doğurub və mütəxəsislər 2022-ci ilə qədər davam edəcək təmizlənmə və bərpa işlərində daha bir neçə rəsm əsərini ortaya çıxararacaqlarına ümid edirlər.

Mənbə: CNN
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 198 | Kateqoriya: Mədəniyyət Tarix: 15.12.2017, 01:38

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM