Növbəti “Art Foto Festival”ı keçiriləcək


Dekabrın 16-sı saat 17:00-da “Gənclik Mall”da “Art Foto Festival 5 Baku” tədbiri baş tutacaq.

OTV xəbər verir ki, “Art Foto Festival 5 Baku” 2012-ci ildə Qabil Məmmədli tərəfindən yaradılıb. Bu ölkədə keçirilən 5-ci festivaldır.

Festivalda təbii çəkilişlərin təqdimi və modellərin podiumda çıxışı baş tutacaq.

Qeyd edək ki, tədbir davam edən ərəfədə konsert proqramı çərçivəsində Rəşad İlyasov və Fərid Quliyevin çıxışı olacaq. Tədbirdə fotoların müzaiqəsi olacaq. İstəyən hər kəs bəyəndiyi fotonu ala biləcək.

Qeyd edək ki, “World model agency Baku” 2012-ci ildə Qabil Məmmədli tərəfindən yaradılıb və bu günəcən bir çox  uğurlu işlər görülüb.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 565 | Kateqoriya: Mədəniyyət Tarix: 15.12.2017, 12:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM