"Kino və zaman" kitabı nəşr edilib


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Kino və zaman” kitabının nəşri başa çatdırılıb.

OTV xəbər verir ki, əməkdar incəsənət xadimi Aydın Kərimzadənin müəllifi olduğu bu kitab müxtəlif janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr olunub. Kitabda Azərbaycan kino tarixi sistemli şəkildə öz əksini tapıb.

Qeyd edək ki, “Kino və zaman” kitabı “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 420 | Kateqoriya: Mədəniyyət Tarix: 18.12.2017, 13:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM