Mədəniyyət və Turizm Nazirliyi ilə BP şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb


Cənubi Qafqaz Boru Kəməri şirkətinin texniki operatoru olan BP və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Cənubi Qafqaz Boru Kəmərlərinin genişləndirilməsi işləri zamanı aşkar edilmiş mühüm arxeoloji tapıntıların tam təhlil edilməsi üzrə əməkdaşlıq etmək üçün qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

OTV xəbər verir ki, imzalanma mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Goranboy rayonunun Kərpiclitəpə ərazisində aşkar edilmiş tarixi əhəmiyyətli tapıntı ilə bağlı işlərin maliyyələşdirməsinə dəstəyəyə görə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzuya təşəkkürünü bildirib. Qeyd edib ki, imzalanmış sənəd hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkar edilmiş tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir.

Qəri Counzuya isə BP şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində həyata keçirdiyi sosial layihələr barədə danışıb. Bu müddət ərzində şirkət və tərəfdaşlarının Azərbaycanda təkcə sosial sahələrə qoyduğu investisyaların həcminin 75 milyon dollardan çox olduğunu qeyd edən Q.Çounzu bu istiqamətdə işlərin bundan sonra da davam etdirəcəyini vurğulayıb.





Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 209 | Kateqoriya: Mədəniyyət Tarix: 18.12.2017, 10:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM