Belarusda keçirilən sərgi-yarmarkada Azərbaycan stendi çox bəyənilib


Minsk şəhərində Belarusda akreditə olmuş səfirlərin, diplomatların və xarici təmsilçilərinin üzvlərinin həyat yoldaşlarının daxil olduğu “Beynəlxalq qadınlar klubu” tərəfindən xeyriyyə-sərgi yarmarkası keçirilib.

OTV xəbər verir ki, səfirliyin qadın kollektivinin köməyi və yaxından iştirakı ilə Azərbaycan guşəsi təşkil olunub. Sərginin ən böyük və ən zəngin stendlərindən biri Azərbaycan stendi olub.

Qeyd edək ki, milli stendimizdə Azərbaycan məhsullarından meyvə şirələri və kompotlar, ağ və qırmızı şərablar, sirab və badamlı sular, çaylar, müxtəlif çeşidli mürəbbələr, narşərab, suvenirlər, kələğayılar, araqçınlar və s. sərgilənib. Qadınlarımızın hazırladığı milli və təamlı Azərbaycan yeməkləri – dolma, plov və milli şirniyyatlar – şəkərbura, paxlava Azərbaycan guşəsini bəzəyib. Stenddən alış-veriş edən sərgi iştirakçılarına “İrs” jurnalı təqdim edilib.

Qeyd edək ki, sərgidə Azərbaycan stendi – yeməkləri, şirniyyatları, suvenirləri iştirakçıların böyük marağına səbəb olub.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 62 | Kateqoriya: Mədəniyyət Tarix: 14.12.2017, 10:55

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM