Məşhur sənətçi Bakıda konsert verəcək


Bakı Beynəlxalq Muğam Mərkəzində dekabrın 29-u italiyalı sənətçi Luiza Sellonun Yeni il performansı keçiriləcək.

OTV xəbər verir ki, fleyta ifaçısı Luiza Sello İtaliya musiqisi və mədəniyyətinin səfiridir. O Bakı izləyiciləri qarşısında xüsusi konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi, United Cultures tərəfindən təşkil edilən konsert proqramı İtaliya Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 243 | Kateqoriya: Mədəniyyət Tarix: 13.12.2017, 20:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM