YARAT-da sərgi keçiriləcək


YARAT Müasir İncəsənət Məkanında 15 dekabr-18 fevral tarixlərində “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisi keçiriləcək.

OTV xəbər verir ki, sərgi müxtəlif mədəniyyətlərin tarixlərinə və monumentallığa, insan entropesiyasının və yenidən oyanışın sabit vəziyyətinə olan münasibətləri araşdırır.

Sərgi Reza Arameşin, Vacika Çayxianinin, Yan Fabrın, Qoşqa Matsuqanın və Stefen Q.Rodsın yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq, irəli getmək üçün ilkin ambisyadan yararlanır.

Qeyd edək ki, ölkəmizdə müasir incəsənətin dəstəklənməsi, geniş ictimaiyyət tərəfindən dərkmolunması məqsədilə fəaliyyət göstərən YARAT 200-dən artıq layihə həyata keçirib.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 317 | Kateqoriya: Mədəniyyət Tarix: 13.12.2017, 20:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM