Mədəniyyət və turizm naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

2017-ci ilin dekabrın 12-si Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Füvqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral ilə görüş keçirilib.
Görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkələrdə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.
Qeyd edək ki, nazir Türkiyə Respublikasının mədəniyyət və turizm naziri ilə Sudanda və Ankarada görüşlər keçirildiyini və müvafiq sahələrə dair qarşılıqlı maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparıldığını bildirib.
Görüş zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması müzakirə edilib.
Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.