Azərbaycanın 385 ədəd maddi-mədəniyyət nümunəsi muzeyə təhvil verilib (FOTO)

Xəbərin çap versiyası
Tarix: 19-09-2017, 18:53    
Azərbaycanın 385 ədəd maddi-mədəniyyət nümunəsi muzeyə təhvil verilib (FOTO) OTV Trend.az-a istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi-mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac var. Bu tarixi əhəmiyyətli tapıntılar öyrənildikdən sonra muzeylərdə nümayiş etdiriləcək.

Qeyd edək ki, Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilmiş nadir tarixi sərvətlər Azərbaycanda sürətlə inkişaf edən turizmə, xüsusilə respublikamıza qonaq gələn əcnəbilərə xalqımızın, ölkəmizin milli yaddaşını özündə daşıyan maddi-mədəniyyət nümunələrinin təbliği üçün daha bir töhfədir.

Azərbaycanın 385 ədəd maddi-mədəniyyət nümunəsi muzeyə təhvil verilib (FOTO)


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz