Metroda 5 saatlıq konsert olacaq

Xəbərin çap versiyası
Tarix: 14-09-2017, 15:45    
Metroda 5 saatlıq konsert olacaq OTV Milli.az-a istinadən xəbər verir ki, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir.

Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.

Konsert proqramı aşağıda göstərilən stansiyalarda və vaxtlarda olacaq:

- "İçərişəhər" stansiyası - saat 12:00-13:30;

- "28 May" stansiyası - saat 13:00-14:30;

- "Elmlər Akademiyası" stansiyası - saat 14:00-15:30;

- "Memar Əcəmi" stansiyası (Bənövşəyi xətt) - saat 15:00-16:30.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz