450 Milyonluq “ Leonardo əsəri” Əbu Dabi hakimiyyəti tərəfindən alınıb


Əbu Dabinin Mədəniyyət və Turizm Departamenti təsdiq edib ki, onlar ölkənin Luvr qalereyası üçün 450 milyon dollar dəyərində “Salvador Mundi” əsərini alıblar.

OTV-nin məlumatına görə, 500 yaşı olan İsa rəsminin Leonardo da Vinçi tərəfindən çəkildiyi düşünülür.

Mətbuatda yayılan məlumata görə əsər Səudiyyə şəhzadəsi tərəfindən satın alınıb. Luvr Əbu Dabi muzeyindən verilən məlumata görə onlar bu əsəri tezliklə sərgiləmək niyyətindədirlər. “Salvador Mundi” adlı rəsm əsəri 450 milyon dollara satəlaraq indiyə qədər ən baha qiymətə satılan rəsm əsəri kimi tarixə düşüb. Noyabr ayında keçirilən satış zamanı auksiyona telefonla qoşulan bir alıcı 20 dəqiqə davam edən bazarlığın sonunda əsəri 450 milyon dollara almağa müvəffəq olub. Həmin dövrdə alıcının adı gizli saxlanılsa da, 6 dekabrda məlum olub ki, bu şəxs Səudiyyə Ərəbistanı Şəhzadəsi Bader bin Abdullah bin Mohammed bin Farhan al-Sauddir. Rəsm əsərinin 1505-ci ildən bir qədər sonra çəkildiyi güman olunur.

Məlumat üçün bidirək ki, Luvr Əbu Dabi muzeyi bu ayın əvvəllərində Birləşmiş Ərəb Əmirliyində açılıb. İnşası 8 il davam edən muzey binasına çəkilən ümümi xərc 1 milyard avrodur.

Öz kolleksiyasında 600 sənət əsəri olan muzey 300 əsəri isə Fransadan kirayələyib. Bu əsərlərin müqabilində eləcə də Luvr adının istifadə edilməsi qarşılığında Parisə minlərə dollar ödənilir.

Mənbə: BBC

Tərcümə: Firuzə Məmmədova OTV üçün



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 287 | Kateqoriya: Mədəniyyət Tarix: 09.12.2017, 16:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM