Tanınmış rusiyalı skripka ifaçısı vəfat edib

Xəbərin çap versiyası
Tarix: 30-08-2017, 11:02    
Tanınmış rusiyalı skripka ifaçısı vəfat edib Rusiyanın Əməkdar Artisti, skripka ustası Dmitri Koqan 39 yaşında dünyasını dəyişib.

OTV Azərtac-a istinadən xəbər verir ki, onun ölümünə onkoloji xəstəlik səbəb olub.

Qeyd edək ki, Dmitri Koqan 1978-ci ilin oktyabrın 27-də Moskvada məşhur musiqiçi ailəsində anadan olub. Onun babası Leonid Koqan skripkaçı, nənəsi Yelizaveta Qileles skripkaçı və pedaqoq, atası Pavel Koqan dirijor, anası Sevgi Kazinskaya pianoçu idi. O, ilk dəfə on yaşında Moskva Konservatoriyasının Böyük zalında simfonik orkestrdə çıxış edib.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
{linkfeed}{sape_links}{sape_article}
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz