Qəbələdə XII “Veselo” yumor və musiqi festivalı keçiriləcək


Azərbaycanda ilk dəfə Qəbələ şəhərində 4-11 yanvar tarixlərində “Veselo” festivalı keçiriləcək. OTV xəbər verir ki, festival Ukraynanın “CİTA” turizm şirkəti və “Kvartal-95” studiyası ilə birgə təşkil olunur.

Xatırladaq ki, ötən “Veselo” festivalında günorta proqramına idman və əyləncə, dünyaca məşhur idmançıların nəzarəti altındakı hadisələr, çox yönlü animasiya fəaliyyətləri və ekskursiya daxil idi. Gecə proqramı xüsusi hazırlanmış böyük miqyaslı konsertdən, vokal və yumor janrının ən yaxşı sənətçilərinin çıxışından ibarət idi.

Qeyd edək ki, “Veselo” yumor və musiqi festivalı artıq 10 ildir ki, keçirilir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 231 | Kateqoriya: Mədəniyyət Tarix: 04.12.2017, 15:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM