Bakıda silahlı insident - Yaralanan var

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 13:49    
Bakıda silahlı insident - Yaralanan var OTV Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu sol qolunun dirsək nahiyəsini dəlib keçən güllə yarası alıb.

Çoxlu qan itirən E.Məhərrəmov özü polisə məlumat verib və xəstəxanaya gəlib. Həkimlər onun çoxlu qan itirdiyini bildirirlər. Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.




OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz