Əsas Səhifə > İqtisadiyyat > Bank və bank olmayan təşkilatlarla bağlı cinayət işlərində artım müşahidə edilir

Bank və bank olmayan təşkilatlarla bağlı cinayət işlərində artım müşahidə edilir


22-09-2017, 15:38.
title} OTV Azertag.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev sentyabrın 22-də Bakıda “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda jurnalistlərə müsahibəsində deyib.

K.Əliyev qeyd edib ki, eyni zamanda, tikinti sahəsi, o cümlədən vətəndaşların mənzil problemləri ilə bağlı məsələlər də Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin diqqət mərkəzindədir.

“Təbii ki, digər sahələrdən də idarəyə şikayətlər daxil olur. Bu şikayətlər araşdırılaraq, aidiyyəti üzrə məhkəmələrə göndərilir”,- deyə baş idarə rəisi vurğulayıb.
Geri qayıt