Azərbaycanla İraq dövlətləri arasında iqtisadi əlaqələr daha da genişləndirilir


Azərbaycanlı investorlara biz İraqda yatırım etməkdə köməklik göstərəcəyik. Bu sözləri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Dr Fadhel Əvvəd Əl Şüveyli deyib. O həmçinin bildirib ki, İraq dövləti tamamı ilə İşid terror qruplaşmasından azad olunub. Hazırda İraqda təmir bərpa işlərinin sürətlə inkişaf etdiyini vurğulayan müvəqqəti işlər vəkili, tez bir zamanda İraqın dünyada aparıcı dövlətlər sırasına qatılacağını da deyib. O bildirib ki, İraq dövləti dost ölkələrin dəstəyi ilə terroru öz ölkəsindən uzaqlaşdırıb və hər zaman ölkədə sülhü qorumaqda əlindən gələni edəcək.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 558 | Kateqoriya: İqtisadiyyat / OTV Xəbər / Manşet / Dünya Tarix: 16.02.2018, 06:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM