Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb


Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş acılış mərasimində nazir müavini Sahib Məmmədov biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. O cümlədən qeyd edilib ki, yem emalı müəssisəsinin istifadəyə verilməsi Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli addımdır. Tədbirdə Cocuq Mərcanlıda həyata keçirilən işlər barədə məlumat verilib. Yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağı diqqətə çatdırılıb. Qeyd edək ki , Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində tikilmiş bu müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 213 | Kateqoriya: İqtisadiyyat / OTV Xəbər / Manşet Tarix: 05.02.2018, 05:56

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM