Ölkə məhsullarının rusiya bazarlarına ixracı davam edir


Ölkəmizin müxtəlif rayonlarında yetişdirlən kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına ixracı davam edir. Hazırkı dövrdə qonşu ölkəyə əsasən alma, xurma və nar göndərilir. Fermer və ixracatçılar bildirir ki, Azərbaycan məhsullarına Rusiyada böyük təlabat var. Bu ilk növbədə Azərbaycan məhsulunun ekoloji cəhətdən təmiz olması ilə bağlıdır. Həm təlabat həm də məhsulun Rusiya bazarlarına çıxışında əvvəllər yaşanan çətinliklərin aradan qalxması nəticəsidə ixrac həcmi 20-30 faiz artıb. Ölkə başçısının fərmanına əsasən cari ildən xarici sertifikat almaq üçün ixracatçılara 60 min manat güzəştin tətbiqi isə onları daha da ruhlandırıb. İxraçatçılar hesab edir ki, bu böyük dəstək olmaqla yanaşı həm də yeni stimul deməkdir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 196 | Kateqoriya: İqtisadiyyat / OTV Xəbər / Manşet Tarix: 19.01.2018, 00:53

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM